Dəhşətli statistika: Dünyada öldürülən jurnalistlərin sayı 20 faiz artdı
Bizi izləyin

Hadisə

Dəhşətli statistika: Dünyada öldürülən jurnalistlərin sayı 20 faiz artdı

Dəhşətli statistika: Dünyada öldürülən jurnalistlərin sayı 20 faiz artdı

2024-2025-ci illərdə dünyada öldürülən jurnalistlərin sayı əvvəlki iki illə müqayisədə 20 faiz artaraq 189 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə UNESCO-nun yeni hesabatında bildirilib.

Sənədə əsasən, 2024-2025-ci illərdə media nümayəndələri və kontent yaradıcılarının qətli 2014-2015-ci illərdən sonra ən yüksək həddə çatıb. Təkcə 2025-ci ildə son səkkiz illə müqayisədə daha çox jurnalist öldürülüb.

Hesabatda qeyd olunub ki, qətllərin əksəriyyəti silahlı münaqişələr, o cümlədən pilotsuz uçuş aparatlarının hücumları zamanı baş verib.

Ən çox jurnalist itkisi ərəb ölkələrində qeydə alınıb - 97 nəfər. Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 37 media nümayəndəsi öldürülüb.

UNESCO-nun məlumatına görə, son iki ildə ən çox jurnalist Fələstində qətlə yetirilib. Burada azı 62 media əməkdaşı həyatını itirib. Eyni dövrdə Ukraynada 12, Rusiyada isə iki jurnalist öldürülüb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm