Hadisə
Xırdalanda 12 yaşlı qız itkin düşdü - VİDEO
Xırdalanda 12 yaşlı qız itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb.
O, polisə müraciət etdiyini də qeyd edib:
“Həyətdə kameralar var, xalçayuma məntəqəsinin qarşısında da kamera var, amma xahiş etdim göstərmədilər. Polisə müraciət etdim, dedilər bizlikdi, biz baxacağıq”, - deyə o əlavə edib.
Anası bildirib ki, uşağın sağ əlində anadangəlmə problem olub.
“Əsəb problemi də var idi, amma mənim və atasının nömrəsini bilirdi. Nəsə olsa idi, zəng edərdi ki, mən filan yerdəyəm gəl apar”, - deyə o əlavə edib.
DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”nun sorğumuza cavab olaraq bildirib ki, şəxs axtarışa elan olunub.
“İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür”, - deyə o əlavə edib.
-
Hadisə01:24Xırdalanda 12 yaşlı qız itkin düşdü - VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
-
Magazin13 Noyabr 21:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
İdman3 Noyabr 20:48"Yuventus" onu transfer etmək istəyir


















.jpg)












.jpg)



