Hadisə
Bakıda sürücü yuxuya getdi, körpə arabası ilə gedən qadını vurdu - VİDEO
Xocasən–Lökbatan yolunda qəza olub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə noyabrın 3-də Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində qeydə alınıb. Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.
Bildirilib ki, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.
Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.
"Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.
Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər", - BDYPİ-dən bildirilib.
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu






.jpg)

.jpg)










.jpg)
















