Hadisə
Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs edildi
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib.
Publika.az Lent.az-a istinadla xəbər verir ki, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi “xidmət” qarşılığında isə qadından 5000 manat pul alıb.
Məlumata görə, zərərçəkənin oğlu 2024-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı İstintaq Təcridxanasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.4 (külli miqdarda oğurluq), 193-1.3.1 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması) və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması xeyli miqdarda törədilməsi) maddələri ilə cinayət işi açılıb.
Lakin Firudin Əmirov zərərçəkən qadına verdiyi sözü tutmayıb. Buna görə də, o, şikayət əsasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Qeyd olunub ki, zərərçəkən qadın Firudini qızının kişi dostu vasitəsilə tanıyıb. Zərərçəkən ifadəsində Firudinin onu aldatdığını, verdiyi 5000 manat pulu qaytarmadığını və ondan şikayətçi olduğunu deyərək, barəsində ağır cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə F. Əmirov barəsində 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir









.jpg)












.jpg)












