Hadisə
DTX-dən narkotik əməliyyatı: Dronla gətirilən külli miqdarda narkotik ələ keçirildi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Publika.az xəbər verir ki, həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının sakini tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunmuşdur.
Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan Respublikası vətəndaşları Bədəlov Rüfət Bayram oğlu və Muxtarov Rüstəm Əli oğlu cinayət başında yaxalanaraq saxlanılmış, onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülmüşdür.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi











.jpg)







.jpg)



.jpg)











