Dəhşətli hadisənin bəzi detalları məlum oldu: Polkovnikin öldürdüyü qadın... - Video
Bizi izləyin

Hadisə

Dəhşətli hadisənin bəzi detalları məlum oldu: Polkovnikin öldürdüyü qadın... - Video

Dəhşətli hadisənin bəzi detalları məlum oldu: Polkovnikin öldürdüyü qadın... - Video

Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib.

Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, həyatını itirən Esmira Sadıqova həyətdəki zibil qutularından məişət tullantıları toplayırmış:

"Həyətdə bir nəfər xəbər verdi ki, qarajda qadın yıxılıb. Biz dərhal qaraja getdik. Qadının yerdə uzandığını gördük. Üç-dörd dəqiqə sonra qonşumuz Həsən müəllim təcili yardıma zəng etdi. Təcili yardım gəldi. Bizim köməyimizlə qadını xərəyə qoyub xəstəxanaya apardılar. Bir neçə saat sonra onun xəstəxanada vəfat etdiyi məlum oldu".

Komendant bildirib ki, Esmira Sadıqova həyətdəki zibil qutularından nəvələri üçün müxtəlif məişət əşyaları və geyimlər toplayırmış:

"O qadın həmişə həyətə gəlirdi. Müxtəlif həyətlərdən ərzaq, yararlı əşyalar və paltarlar yığırdı. Deyirdi ki, oğlum həbsdədir, nəvələrim üçün əşyalar toplayıb aparıram. Ehtiyacı olan bir qadın idi".

Hadisə şahidlərinin iddiasına görə, avtomobili idarə edən Həsən Seyidbəyov qadını vurduğundan xəbərsiz olduğunu bildirib. Onların sözlərinə görə, o, hadisədən sonra yeraltı dayanacağın pilləkənləri ilə mənzilinə qalxıb, daha sonra baş verənlərdən xəbər tutaraq təcili yardıma zəng edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm