19 yaşlı gənc həmkəndlisini bıçaqladı
Bizi izləyin

Hadisə

19 yaşlı gənc həmkəndlisini bıçaqladı

19 yaşlı gənc həmkəndlisini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü İsmayıl Əlizadə iki bıçaq yarası ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə, adıçəkilən şəxs həmkəndlisi 19 yaşlı Fərid Musayev tərəfindən bıçaqlanıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm