Qobustanda avtobus aşıb - Sərnişin öldü
Bizi izləyin

Hadisə

Qobustanda avtobus aşıb - Sərnişin öldü

Qobustanda avtobus aşıb - Sərnişin öldü

Qobustanda yol qəzası ölümlə nəticələnib.

Publika.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir sərnişin hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm