Hadisə
İşə yeni qəbul olunan vəkil köməkçilərinə tövsiyələr verildi
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun iştirakı ilə işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirilib.
Bu barədə Publika.az-a Kollegiyanın mətbuat xidmətindən bildirilib.
Görüşdə Anar Bağırov son illərdə vəkillik institutunun inkişafı, fəaliyyətinin təkmilləşdirilməsi, institusional potensialının gücləndirilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, hazırda Kollegiyanın sıralarında 350-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir və onların bilik və bacarıqlarının artırılması, peşəkar mühitə uyğunlaşması VK-nın diqqət mərkəzində saxlanılır. Sədr hüquqi dövlətin möhkəmləndirilməsi, qanunun aliliyinin qorunması, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillik institutunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu istiqamətdə yalnız yüksək nəzəri biliklərə deyil, həm də praktiki təcrübəyə, məsuliyyət hissinə və peşə etikası prinsiplərinə yiyələnmiş hüquqşünasların formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Anar Bağırov vəkil köməkçisi fəaliyyətinin hüquqşünasların gələcək peşəkar karyerasında mühüm təcrübə mərhələsi olduğunu vurğulayıb. Qeyd edilib ki, bu müddət ərzində onların vəkilin gündəlik fəaliyyəti ilə yaxından tanış olmaq, hüquqi sənədlərin hazırlanmasında iştirak etmək, məhkəmə prosesləri və digər hüquqi prosedurlar barədə praktiki biliklər əldə etmək gənc mütəxəssislərin peşəkar formalaşmasına əhəmiyyətli töhfə verir. Sədr vəkil köməkçilərinə seçdikləri peşəyə məsuliyyətlə yanaşmağı, vəkillərin təcrübəsindən faydalanmağı, nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirməyi və gələcəkdə yüksək peşəkar keyfiyyətlərə malik vəkil kimi yetişmək üçün məqsədyönlü şəkildə çalışmalarını tövsiyə edib.
Görüşdə Kollegiyanın rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi istiqamətində gördüyü işlərə də toxunulub. Bu çərçivədə VK-nın rəsmi internet platformasında vəkil köməkçilərinin reyestrinin istifadəyə verildiyi xatırladılıb. Bildirilib ki, reyestrin yaradılmasında əsas məqsəd vəkil köməkçiləri haqqında məlumatların elektron formada toplanması və sistemləşdirilməsi, məlumat bazasının formalaşdırılması, habelə müvafiq məlumatların ictimaiyyət üçün əlçatanlığının təmin edilməsidir.
Sonda yeni vəkil köməkçilərinə müvafiq vəsiqələr təqdim olunub.
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
Ekologiya12:16Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA









.jpg)




.jpg)








.jpg)









.jpg)
