Hadisə
Yasamal rayon ictimaiyyəti şəhidlərin xatirəsini yad etdi - Foto
8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhramanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Publika.az xəbər verir ki, əvvəlcə Hərbi Memorial Məzarlığı ziyarət olunub.
Burada Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Şəhidlərimizin məzarları önünə əklil qoyularaq qəhrəmanlarımızın xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla rayon ictiamiyyətinin nümayəndələri Zəfər parkına baş çəkərək burada şəhidlərimizin əziz xatirəsini anıblar.






-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...











.jpg)























.jpg)

