Şöbə rəisi qəfil vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

Şöbə rəisi qəfil vəfat etdi - FOTO

Şöbə rəisi qəfil vəfat etdi - FOTO

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, C.Alıyev uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışıb. Daha sonra Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Şöbə rəisinin ürəktutmadan həyatını itirdiyi qeyd edilib.

***

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Əldə edilən məlumata görə, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış.

Bu məqsədlə o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, lakin halı daha da pisləşib və təcili tibbi yardım çağırılıb.

Şöbə rəisi xəstəxanaya aparılarkən yolda vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm