Hadisə
Zaqatalada təzə bəy yol qəzasında öldü
Zaqatala rayonunda ölümlə nəticələnən avtomobil qəzası
baş verib. Qəza nəticəsində rayonun Muxax kənd
sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev dünyasını
dəyişib.
Zaqatala rayon polis idarəsindən ANS PRESS- ə verilən məlumata
görə, Arif Muxtarov idarə etdiyi “Mercedes” markalı, 99 DK 414
dövlət nömrə nişanlı avtomobilllə Zaqatala rayonunun mərkəzi ilə
yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə,
avtomobil yolun kənarındakı qoz ağacına çırpılaraq üç hissəyə
bölünüb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Onun meyitini müayinə üçün Zaqatala Mərkəzi rayon Xəstəxanasına
aparıblar.Hadisə zamanı sürücü avtomobildə tək olub.Əlavə edək ki,
vəfat edən A. Həmzəyev iki ay öncə ailə həyatı qurub. Faktla bağlı
Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu, gün ərzində ölümlə nəticələnən ikinci yol-nəqliyyat
hadisəsidir. Goranboyda baş verən qəzada bir nəfər həlak olub, iki
nəfər yaralanıb.
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO