Bu bürclər ürəkdən sevirlər - Həmişə arxalana biləcəyiniz “daş divardır”
Bizi izləyin

Qoroskop

Bu bürclər ürəkdən sevirlər - Həmişə arxalana biləcəyiniz “daş divardır”

Sizi həqiqətən ürəkdən sevən bir dost, sevgili və həyat yoldaşı tapmaq istəyirsinizsə, bürcünü də nəzərə almalısınız.

Publika.az xəbər verir ki, bu mənada Xərçəng, Balıqlar, Şir, Qız və Oğlaq bürcünün nümayəndələri idealdırlar: onlar həmişə partniyorunu dəstəkləyir, vaxtlarını, pullarını və emosiyalarını əsirgəmirlər.

Gəlin, ən romantik və qayğıkeş bürclərin xüsusiyyətləri ilə yaxından tanış olaq.

Xərçəng (21 iyun - 22 iyul)

Hər kəs bilir ki, Xərçənglər ən mehriban və ən mülayim insanlardır - buna görə də onların bu siyahıda yer alması təbiidir. Xərçənglər kobud və qapalı görünə bilərlər. Ancaq bu, yalnız yeni insanlarla tanışlıq zamanı hiss edilir. Bu Zodiak işarəsinin etibarını qazanmaq asan deyil. Ümumiyyətlə, Xərçənglərin sarı simlərinə toxunmasanız, yaxşıdır. Onlarla uzun müddət dostluq edənlərə isə ən sadiq, qayğıkeş və romantik partniyor olacaqlar.

Balıqlar (19 fevral - 20 mart)

Bu bürcün nümayəndələri özlərinin və başqalarının hisslərinə böyük əhəmiyyət verirlər. Buna görə də, kiçik bir səhvə yol verəndə belə könlünüzü almaq üçün dəridən-qabıqdan çıxacaqlar. Balıqlar ən asan partnyorlar olmaya bilər - ona görə də ilk addım sizdən asılı olacaq, lakin sizi heç bir halda darda qoymayacaqlar. Balıq bürclərinin nümayəndələri sevdiyi insana kömək etmək üçün əlindən gələni edəcək və partniyoru yaxşı deyilsə, normal həyata qayıda bilməyəcəklər.

Şir (23 iyul - 22 avqust)

Ümumilikdə belə qəbul edilir ki, Şirlər ən eqoist insanlardır. Ancaq bu xüsusiyyətləri sevgi münasibətlərinə mane olmur - Şir yalnız güzgüdəki əksini deyil, həm də aşiq olduğu insanı necə sevməyi bilir. Bürcün səmimiyyəti onun səxavətində özünü göstərir - o, yaxınlarına həmişə həm maddi hədiyyələr, həm də bütün sevgisini verməyə hazırdır. Əsas odur ki, Şir bürclərinin hisslərinə heç vaxt dırnaqarası baxmayın və ya dəyərsizləşdirməyin, əks halda onu bir daha görməyəcəksiniz.

Qoç (21 mart - 19 aprel)

Bu, ən güclü və enerjili işarədir. Yaxınlarını qorunmaq cəhdləri isə onun sevgi dilidir. Əgər sizi həmişə və hər yerdə müdafiə etməyə hazır olan və haqqınızda mənfi bir söz demələrinə imkan verməyən bir partniyor arzulayırsınızsa, o zaman Qoç idealınız olacaq. Sadəcə Qoçun uğurlarını şübhə altına almayın və ya özünə inamını sarsıtmağa çalışmayın - bu Zodiak işarəsi yalnız ona inananlarla yola çıxır.

Qız bürcü (23 avqust - 22 sentyabr)

Qız bürclərinin inanılmaz dərəcədə tənqidi yanaşması və qəddar insanlar olması haqqında nə qədər yazılıb. Bəs bu nə ilə əlaqəlidir? Əslində, Qızlar çox kövrək ürəyə malik olur və nə qədər zəif ola biləcəyini mükəmməl bilirlər. Sonradan sevgi əzabı çəkməmək üçün onu bəyənən insanların hisslərini etiraf etməsinə imkan vermir. Ancaq ruh əkizlərini tapdıqda, Qızlar romantikada, səmimiyyətdə, dərin söhbətlərdə və jestlərdə sərhəd tanımır. Əsas odur ki, onlara heç vaxt xəyanət etməyəcəyinizi və onu qınamayacağınızı bildirin.

Oğlaq (22 dekabr - 19 yanvar)

Qızlardan sonra gələn ən sərt işarə əlbəttə ki, Oğlaqlardır. Heç bir başqa bürc soyuq və duyğusuz olduğuna görə bu qədər qınağa məruz qalmayıb. Yalnız Qız bürcündən fərqli olaraq, Oğlaqlar həqiqətən sevgi şeirləri yaza və hisslərini səmimi şəkildə danışa bilmirlər. Buna baxmayaraq, Oğlaq həmişə arxalana biləcəyiniz “daş divardır”. Həmçinin Oğlaqlar ən sadiq bürclərdir, onlar qısqanclığa səbəb olan davranışlara yol vermir və uzunmüddətli əlaqələri yüksək qiymətləndirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm