Hadisə
Gürcüstan vətəndaşı olan azərbaycanlı Ermənistanda həbs edildi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.
Turqay Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında deyib ki, hadisə iyulun 23-də baş verib: “Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı Yerevana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır".
B. Mikayılova deyib ki, T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və Yerevanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.
T. Mikayılovun ailəsi hadisə ilə bağlı Gürcüstanın hüquq-müdafiə orqanlarını məlumatlandırıblar. Hüquq-mühafizə orqanlarından ailəyə T. Mikayılovun qaytarılması üçün danışıq aparıldığı bildirilib.

-
Nəqliyyat21:40
Bakıda "Sevgililər günü" tıxacı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq
-
Dünya14:16
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq