Hadisə
"Kamaz" hamilə qadını vurub öldürdü

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-qəza hadisəsində xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
"Report" xəbər verir ki, qəza zamanı xəsarət alan 21 yaşlı Aytac Abdullayeva Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Bir gün müalicəsini davam etdirən qadın bu gün səhər saatlarında ölüb.
Xatırladaq ki, 1994-cü il təvəllüdlü Aytac Abdullayeva Göygöl rayonu Yeni Qızılca kəndində yolu keçmək istəyərkən rayon sakini Binəli Tapışanovun idarə etdiyi “Kamaz” markalı avtomobillə vurulub. Astara rayon sakini 21 yaşlı qadın yeni ailə həyatı qurub və dünyasını dəyişərkən 4 aylıq hamilə olub.
Şahidlərin bildirdiyinə görə, mərhum yolu keçərkən qulaqcıq vasitəsilə musiqi dinləyrimiş və bu səbəbdən də sürətlə hərəkət edən yük avtomobilinin siqnalını eşitməyib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq