Hadisə
Bakıda motosiklet “Chevrolet”lə toqquşda
Bu gecə Bakının Xətai rayonunda qeydə alınmış yol
nəqliyyat hadisəsi zamanı motosiklet minik maşını ilə toqquşub. Bu
avtoqəza Yeni Bulvar yaxınlığında, təzəcə salınmış avtomobil
yolunda baş verib. Qəza xəsarətsiz ötüşməyib.
Müəyyən edilib ki, nəqliyyat vasitələrinin hər ikisi eyni
istiqamətdə hərəkət edirmiş və ara məsafəsinin düzgün təyin
edilməməsi səbəbindən “Suzuki” markalı motosiklet, sürücüsünün
xanım olduğu bildirilən “Chevrolet” markalı avtomobillə toqquşub.
Daha sonra motosikletin sürücüsü müvazinəti itirib və
yıxılıb.
Qəza nəticəsində xəsarət alan motosiklet sürücüsü sonradan
xəstəxanaya müraciət etməli olub. Hadisənin baş verməsi səbəblərini
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin müfəttişləri
araşdırır.
Yol qəzasının baş verməsində ilkin ehtimal kimi düzgün təyin edilməmiş ara məsafəsi göstərilir. Təfərrüatlar dəqiqləşdirilir.(anspress)
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək