Hadisə
Bakı-Sumqayıt qatarının vurduğu qadın intihar edibmiş - YENİLƏNİB
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
elektrik qatarının qadını vurması məsələsinə aydınlıq
gətirib.
ASC-dən Trend-ə daxil olan məlumata görə, 17 sentyabr 2015-ci
ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik
qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən
keçərkən hadisə baş verib.
Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33
ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı
Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu
xəttinin üzərinə uzanaraq intihar edib.
İlkin məlumata görə, mərhum Q. Abdullayevanın ruhi xəstə olduğu
bildirilir.
Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə
alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.
Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxıl olub.
***
Bakı-Sumqayıt qatarı qadını vurub.
Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 51 yaşlı Qətibə Abdullayevanı vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Gülnar Əliyeva
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA