Hadisə
Göygöldə silahlı insident: Qoruq nəzarətçisi adam vurmaq istədi, atı yaraladı (VİDEO)
Göygöl rayonunun Çaykənd kəndində qoruq nəzarətçisi ilə vətəndaş arasında silahlı insident baş verib.
İnsident ötən gün axşam saatlarında məcburi köçkünlər 31 yaşlı
Namiq İmanovla 40 yaşlı Mətləb Abbasov arasında yaşanıb. Hadisə
zamanı tərəflərdən biri odlu silahdan istifadə edib. Ov tüfəngindən
açılan atəş Mətləb Abbasova deyil, ona məxsus ata dəyib.
Zərərçəkən şəxs Mətləb Abbasov: “Ov tüfəngini üstümə tuşladı. Bu
zaman mən də əl atıb at tərəfə yönəltdim. O da ata dəydi. Məni
vurmaq istəyirdi”.
Qeyd edək ki, Namiq İmanov Göygöl Meşə Qoruğunda nəzarətçi
işləyir. Qoruğa qanunsuz daxil olma və digər məsələlərlə bağlı
tərəflər arasında təxminən üç aydır mübahisə gedir. Sonuncu dəfə
isə belə bir mübahisə Namiq İmanovla Mətləb Abbasovun böyük qardaşı
İlyas arasında yaşanıb.
Zərərçəkənin qardaşı İlyas Abbasov isə deyir ki, artıq üç aydır bu mübahisə başlayıb: `Deyir sizin ikinizi də öldürəcəm. Məni heç kim tutmayacaq”. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır. (Region TV)
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO