Hadisə
Toyda musiqi sifarişinə görə qan düşdü - Bakıda
Bakının Xətai rayonunda toyda qanlı hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə Məhəmməd Hadı küçəsində
yerləşən şadlıq evlərindən birində baş verib. Şadlıq evində
keçirilən toyda olan qonaqlar arasında musiqi sifarişinə görə
mübahisə düşüb. Mübahisə edənlər çölə çıxan zaman qonaqlardan biri
üzərində gəzdirdiyi bıçaqla 49 yaşlı Musa Xudafirimov və 48 yaşlı
İlqar Tağıyevə xəsarətlər yetirib.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili
ilə xəstəxanaya çatdırılıblar. Hər iki yaralı dərhal əməliyyat
olunublar.
Şadlıq evinin inzibatçısı isə sarayda bıçaqlanma hadisəsinin baş
vermədiyini bildirib.
Hadisə barədə 34-cü polis bölməsinə məlumat verilib. Bıçaqlanma hadisəsinin şadlıq sarayının dəhlizində baş verdiyi bildirilir. Artıq sarayda olan nəzarət kameralarının görüntüləri də götürülüb. Faktla əlaqədar Xətai rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi