Hadisə
Azərbaycanlı Rusiyada qətl törətdi, tutuldu - 20 il sonra
Rusiyanın Ulyanovsk vilayətində qətl törədən azərbaycanlı 20 il sonra saxlanılıb.
APA-nın xəbərinə görə, Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İdarəsinin yaydığı məlumatda bildirilir ki, yerli sakinin qətli ilə bağlı cinayət işi 1994-cü ilin dekabrında başlanıb.
Cinayətin üstünün açılması ilə bağlı ötən illərdə aparılan sistemli iş nəticəsində hadisədə əli olan şəxs müəyyənləşdirilib və saxlanılıb. Onun 45 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
İstintaq müəyyənləşdirib ki, həmin şəxs tanışı ilə birlikdə 28 yaşlı qıza bıçaq zərbələri endirərək öldürüb. Hadisə yerindən qaçan şəxslər Ulyanovsk vilayətini tərk ediblər.
Azərbaycanlı Voronej vilayətində saxlanılıb. 20 il müddətində o, ailə qurub, övladları dünyaya gəlib.
Tutulan şəxs Ulyanovsk vilayətinə göndərilib və orada barəsində həbs qərarı verilib. Qətli törədən digər şəxs isə axtarışdadır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu