Hadisə
Azərbaycanda qanunsuz ov edən Suriya vətəndaşı saxlanıldı
Oktyabrın 14-də Ağgöl Milli Parkının ərazisində ov etmək istəyən Suriya vətəndaşı İmad Alabarsan Hlayıl və Azərbaycan vətəndaşı Ramil Ağayev Milli Parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən xəbərə görə, qanun
pozucularının 10-PE-901 dövlət nömrə nişanlı, “Niva” markalı
avtomobilinə keçirilən baxış zamanı oradan 1 ədəd binokl, quş
saxlamaq üçün səbət və ov vasitələri müəyyən olunaraq
götürülüb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub.
“Heyvanlar aləmi haqqında” qanunun tələblərini pozduqlarına görə qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2600 manat məbləğində cərimə edilib.
-
Region15:35
Erməni əsgərə hədiyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...