Hadisə
Özünü yandıran şəxslə bağlı cinayət işi açıldı
Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı.
Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın özünü yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.
Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi