Hadisə
Tələbə qız 76 yaşlı qadını qəddarlıqla öldürdü
Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsi olan gənc qız qətl törədib. Hadisə bu gün səhər saatlarında Sumqayıt şəhərində baş verib.
Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat
verilib.
İnformasiyaya görə, qətl hadisəsi Sumqayıt şəhəri, 9-cu
mikrorayonda 1940-cı il təvəllüdlü Səmayə Firidun qızı Nəcəfovanın
mənzilində törədilib. Qatilin qurbanı da elə 76 yaşlı ev
sahibəsinin özü olub. Təqaüdçü qadına çoxu başından və boğazından
olmaqla çoxsaylı bıçaq zərbələri endirilib.
Qətldə şübhəli bilinən 21 yaşlı Şərqiyyə Ramazanova artıq
saxlanıb. Məlumata görə, Oğuz rayon sakini olan Ş.Ramazanova özü
polisə zəng edərək törətdiyi qətli etiraf edib.
Hələlik yalnız o məlumdur ki, Ş.Ramazanova S.Nəcəfovanın evində kirayədə qalırmış. Qətlin motivləri araşdırılır. (virtualaz.org)
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi