Evdən qadağan olunmuş kitablar çıxdı...
Bizi izləyin

Hadisə

Evdən qadağan olunmuş kitablar çıxdı...

Qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilərək götürülüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 21-də Zaqatala rayonunun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində oğlu İslam Canayevin və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

Rayon polisi tərəfindən evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşür və 11 ədəd audiokaset aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma başlanıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm