
Mingəçevirdə kişi meyiti
tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə,
şəhərin İxtiyar Qasımov küçəsindəki fərdi yaşayış evində yaşayan
1984-cü il təvəllüdlü Gözəlov Zaur Alı oğlunun itkin düşdüyü məlum
olub.
Ailə üzvləri Z. Gözəlovu axtararkən onun meyitini yaşadığı evin
zirzəmisində tapıblar. Dərhal Mingəçevir şəhər Polis Şöbəsinin
əməkdaşları mənzilə baxış keçiriblər. Meyit müayinə edilərkən məlum
olub ki, Z. Gözəlov zirzəmidə ürək tutması nəticəsində dünyasını
dəyişib.
Faktla bağlı araşdırma aparılır.