Aytac Bərdəli: “Mənim o adda qardaşım yoxdur” (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Aytac Bərdəli: “Mənim o adda qardaşım yoxdur” (YENİLƏNİB)

Tanınmış müğənni Vidadi Bərdəlinin qızı Aytac Bərdəli qardaşının adam öldürməsi və həbsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Publika.az-a açıqlama verən A.Bərdəli Tural Allahverdiyev adında qardaşı olmadığı deyib:

“Bu yalan xəbərdir. Mənim o adda qardaşım yoxdur. Xahiş edirəm ki, atamın ruhunu narahat etməyin. Belə yalan xəbərləri kim çıxardır, bilmirəm. Əgər kimsə bilərəkdən belə yalan xəbər yayırsa, məni və ailəmi narahat etmək istəyirsə, haqqımı ona halal etmirəm. Başım ailəmə və sənətimə qarışıb. Hazırda yeni mahnılar üzərinə çalışıram. Heç kim son vaxtlar gündəmdə olmadığımdan istifadə etməyə çalışmasın. Amma belə görünür ki, bu sakitliyimdən kimlərsə istifadə edib, haqqımda yalan və düzgün olmayan xəbərlər çıxarmaqla məşğuldur. Ayıb olsun!”

***

Tanınmış müğənni Vidadi Bərdəlinin oğlu Tural Allahverdiyev adam öldürüb.

Publika.az-ın məlumatına görə, Bərdənin Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin borc pul üstündə baş verdiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Tural müğənni Aytac Bərdəlinn qardaşıdır. O, Tural adlı qardaşının olmadığını bildirsə də, Bərdə rayon Polis Şöbəsindən qətl törədən 26 yaşlı Allahverdiyev Tural Vidadi oğlunun məhz mərhum müğənni Vidadi Bərdəlinin oğlu olduğu təsdiqlənib.

Cəvahir, Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm