Gəncədə rəqqasə qız niyə bıçaqlandı? - FOTO
Bizi izləyin

Hadisə

Gəncədə rəqqasə qız niyə bıçaqlandı? - FOTO

Gəncədə qadın keçmiş nişanlısı tərəfindən bıçaqlanıb. Hər iki şəxs şəhərin şadlıq saraylarından birində rəqqas işləyir.

Kəpəz TV (Region TV) xəbər verir ki, bıçaqlanma hadisəsi şəhərin Cavadxan küçəsində yerləşən kafelərin birinin qarşısında baş verib.

Şəhər sakini, 20 yaşlı Nuriyyə Cabbarova kafedən kətə alıb tanışının avtomobilinə minmək istiyərkən keçmiş nişanlısı Oruc Quliyev onu görüb. O, dərhal Nuriyyə Cabbarovaya yaxınlaşıb və münaqişə zamanı onu bıçaqlayıb.

Nuriyyə Cabbarova bildirib ki, keçmiş nişanlısı dəfələrlə onu təhdid edirdi, axtarırdı, vururdu: "Bu gün də toydan, işdən çıxırdım, bir yer var, oradan anama kətə almağa getmişdim. Oradan çıxanda iş yoldaşım Samir maşınla məni evə aparmaq istədi, o da gəldi, maşının qapısını açdı, mənə yumruq vurdu. Əlindəki bıçaqla üzümdən vurmaq istəyəndə maşından o tərəfə keçdim və qıçımdan vurdu".

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.

Hadisə yerindən qaçan Oruc Quliyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm