Hadisə
55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunun Süleyman Tağızadə küçəsi 39/11 ünvanında çoxmərtəbəli yaşayış binalarından birinin 9-cu mərtəbəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Rüxsarə Kamal qızı Yunusova özünü yaşadığı mənzilin eyvanından ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun hansı səbəbdən belə bir addım atması hələlik məlum deyil.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda sonuncu belə hadisə martın 29-da Nizami rayonu ərazisində qeydə alınıb. Naxçıvanski küçəsindəki mənzillərdən birində yaşayan Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova özünü yaşadığı 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Yerli KİV-in məlumatına görə, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ