Hadisə
Ucarda ər-arvad güllələndi
Ucar rayon sakini həmkəndlilərini güllələyib.
Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Daşqın Muxtar oğlu Həsənov həmkəndliləri - 1985-ci il təvəllüdlü Aqil Şəmsəddin oğlu Fərzəliyevə və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Günel Qalib qızı Fərzəliyevaya ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Xəsarət alan şəxslər təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi müalicə olunmaq üçün Bakıya göndərilib.
Məlumata görə, D. Həsənovun çaqqala atdığı güllə təsadüfən qonşularına dəyib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər