Hadisə
FHN Nepaldakı azərbaycanlıların təxliyyəsi üçün iş aparır
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Nepalda baş
vermiş təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi
üçün iş aparır.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan
hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında
olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın
göndərilməsi istiqamətində işlər aparır.
Nazirlik bu barədə əlavə məlumat veriləcəyini də qeyd edir.
Xatırladaq ki, bu il aprelin 25-də Nepal Federativ Demokratik
Respublikasının ərazisində 7.8 bal gücündə zəlzələ baş verib. Təbii
fəlakət nəticəsində 2 mindən çox insan ölüb, 5 mindən çoxu isə
yaralanıb.
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı







































