Hadisə
Putinin azərbaycanlı müşaviri vəfat edib
Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri, azərbaycanlı rəssam Sadıq Bağırov 75 yaşında vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Kaluqa şəhərində keçirilən vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirak edib.
Sadıq Bağırov Kaluqanın Litvinski məzarlığında dəfn olunub.
Tanınmış ictimai xadim Sadıq Bağırov 1940-cı ildə Bakıda anadan olub, 1978-ci ildən Kaluqada yaşayıb. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı olub.
Çəkdiyi onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO