Maradonanın qəbri görün hara köçürüləcək
Bizi izləyin

İdman

Maradonanın qəbri görün hara köçürüləcək

Argentinalı ulduz Dieqo Maradonanın övladları futbolçunun qalıqlarını Buenos-Ayresin mərkəzindəki məqbərəyə köçürmək niyyətindədirlər.

Publika.az xəbər verir ki, bu barədə “La Nación” nəşri məlumat yayıb.

Vərəsələr onun cəsədinin tikilməkdə olan məqbərəyə köçürülməsi üçün məhkəmədən icazə istəyiblər.

Məktubda bildirilir ki, məqbərədə Maradonanın qalıqları daha yaxşı qorunacaq və Argentinanın əsas kumiri olan futbolçuya hər kəs ehtiramını bildirə biləcək.

Memorialın tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm