Hadisə
Bakının mərkəzində ilanlar - VIDEO
Payatxtın Səbail rayonunda, düz şəhərin mərkəzində
sakinlər ilan təhlükəsi ilə üz-üzə qalıb. Bir həftədir ki, ard-arda
ilan hücumu mənzil sahiblərinə aman vermir. 7 ilan öldürən sakinlər
şəhərin mərkəzinə onların necə gəlib çıxmasını
düşünür.
ANS TV-nin məlumatına görə, havaların istiləşməsi şəhərin
mərkəzində ilanların üzə çıxmasına səbəb olub. Səbail rayonu Mehdi
Hüseyn döngə1, ev 3-ü sakinləri bu gün küçələrində iki ilanı birdən
görüblər. İlanlar insanlara hücum etməyə fürsət tapmamış sakinlər
onları öldürüblər.
Şikayətçilər deyir ki, illərdir burada yaşayırlar, bu kimi halla
ilk dəfədir ki, qarşılaşırlar. Artıq bir həftənin içində 7 ilan
öldürüblər.
Sakinlərin ilanların 100 ildən çox yaşı olan binanın zirzəmisni
özlərinə məskən seçdiyini iddia edirlər.
Şikayətçi Mina İsgəndərova deyir ki, bu binanın zirzəmisi bəlkə də
ilanlarla doludur. Onun sözlərinə görə, əvvəl buradan siçanlar
çıxırdı, indi isə ilanlar.
Binaların arasında ilanların görünməsi möcüzə olduğu kimi həm də
təhlükəlildir. Çünki divarlara qalxan ilanlar xüsusilə binanın
azyaşlı uşaqlarını təhlükə ilə üz-üzə qoyur.
Şikayətçi Tərifə Məmmədovanın sözlərinə görə, ilanın birini
pəncərənin altındakı kondisionerin altında vurub öldürüb.
Doğurdan da qorxulu durumdur. Ümid edək ki, sakinlərin dadanı çatan
olar və onları ilanların əlindən xilas edər.
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi