Hadisə
Bakıya giriş çətinləşdi, böyük tıxac yarandı
Bu gün səhər saatlarından başlayaraq Bakının şimal girişində böyük tıxac yaranıb.
Bu barədə sakinlər ANS PRESS-ə məlumat veriblər. Verilən
məlumata görə, Bakı-Sumqayıt və Ələt yolunda avtomobil sıxlığı
müşahidə olunur.
Ən böyük tıxac isə Bakı-Sumqayıt ərazisindədir. Bu barədə Baş
Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə məlumat verilib. Verilən
məlumata görə, adi günlərə nisbətən dünən və bu gün paytaxta
avtomobillərin girişi daha çox müşahidə olunur. Tıxaca əsas yaradan
amil isə maşınların tək-tək yoxlanılmasıdır.
“Bilirsiz ki, dünəndən rayon qeydiyyatlı avtomobilər Bakıya
buraxılmır. Maşınlar yoxlanılır deyə ərazidə maşınlar yavaş hərəkət
edir. Rayon qeydiyyatlı avtomobillər isə paytaxta buraxılmır.
Hələlik rayon nömrəli maşınlar üçün müəyyən edilən dayanacaqda boş
yerlər çoxdur”, - deyə yol polisindən bildirilib.
Qeyd edək ki, dünəndən etibarən rayon dövlət nömrəli
avtomobillərin Bakı şəhərinə girişi qadağan edilib. Nəqliyyat
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə
verdiyi məlumata görə, yeni qərara görə rayon qeydiyyatı olan
avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar
yaradılıb.
Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət
mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq
postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara
istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də
sahə ayrılıb. Dayanacaq pulsuzdur.
Rayondan gələn vətəndaş maşınını həmin dayanacaqda saxlayacaq və
Bakıya gələcək. Həmin prosesə yol polisi nəzarət edəcək.
Yol polisindən isə bildirdilər ki, vətəndaşların rahatlığını
təmin etmək üçün hər şey yaradılacaq. Həmin dayanacaq yaxınlığında
xüsusi nəqliyyat olacaq ki, paytaxta gələn vətəndaşlar əziyyət
çəkməsinlər. Dayanacaqda sərfəli qiymətə yük daşımaq üçün maşınlar
və taksilər camaata xidmət göstərəcək.
Nəzərə alsaq ki, yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz
yük maşınları ilə gətiriləcək, bu zaman nəqliyyat problemi yarana
bilər. Bu problemin qarşısını almaq üçün yol polisi xüsusi nəzarət
həyata keçirəcək. Paytaxta meyvə-tərəvəz, qida məhsulları gətirən
avtomobillər yalnız gecə saatlarında hərəkət edə bilərlər.
Gecə saatlarında, saat 22-dən səhər saat 5-ə qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda hərəkət edə biləcəklər. Həmin saatlarda gətirilən məhsullar bazarlara, dükanlar və apteklərə daşınacaq.
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO