Hadisə
İran vətəndaşlarının düz bağırsağında heroin tapıldı
Azərbaycana gələn İran vətəndaşlarının üzərində narkotik maddə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşları Akhıloo Shırzad Akbar və onun qardaşı Akhıloo Amır Akbar saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı Akhıloo Shırzad Akbarın daxili orqanı - düz bağırsağından, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,845 qram olan narkotik vasitə - heroin, digər bükümdə isə 5 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxil olan “bupronorfin" adlı dərman preparatı aşkar edilib. Akhıloo Amır Akbarın isə daxili orqanı - düz bağırsağından, 7 ədəd bükümdə, ümumi xalis çəkisi 64,203 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.
-
Rəsmi xronika16:12
İlham Əliyev Moskvada mühüm iclasda iştirak edir
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO