Hadisə
"Kapitalbank"ı yarmaq istədilər - FOTOLAR
Bu saatlarda "Kapitalbank"ın Abşeron rayon şöbəsində oğurluğa cəhd olub.
Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayon polis idarəsinin əməkdaşları banka cəlb edilib. Abşeron polis idarəsindən faktı təsdiqləyiblər. Oğurluq cəhdinin qarşısı alınıb.
Oğurluğa cəhd edən şəxsin yaşlı biri olduğu bildirilir. Onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Abşeron Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə,
Xırdalanda yerləşən “Kapital Bank”ın filialına daxil olan şəxs
orada mühafizəçi işləyən şəxsdən pul tələb edib. Rədd cavab aldıqda
isə, basqın edən şəxs ona bıçaq zərbəsi vuraraq kassada olan pulu
götürərək hadisə yerindən qaçmaq istəyib. Lakin kassada pul
olmayıb.
Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində hücum edən şəxs
dərhal həbs edilib. İstintaq sirri olduğuindan həmin şəxsin adı
açıqlanmır. Onun yalnız həmin bankda inkasator vəzifəsində işlədiyi
bildirilir. Hadisə vaxtı cinayətkar məzuniyyətdə imiş.
Yaralı mühafizəçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı
araşdırmalar davam edir.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı