Hadisə
Borçalıdakı kənddə DƏHŞƏT: bir gündə 40 ev yandı
Gürcüstanın Kvemo-Kartli bölgəsinin (Borçalı) Qardabanı bələdiyyəsinin Kumisi kəndində 40-a yaxın ev yanıb.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar üzrə İdarəsinin direktoru Zviad Katsaşvili deyib ki, hadisə yerində 15 yanğınsöndürmə briqadası, 120 yanğınsöndürən-xilasedici, eləcə də DİN-in sərhəd polisinin vertolyotları cəlb edilib.
Kənd sakinləri isə bildirib ki, yanğının miqyasının böyüməsinə səbəb yanğınsöndürən briqadanın hadisə yerinə gec gəlməsi olub.
Yanğın bir evdən digərlərinə quru ot tayaları vasitəsi ilə keçib.
Rəsmilər hadisə nəticəsində ölən və xəsarət alanın olmadığını bildiriblər.
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu