Rusiyada homoseksuallığa qarşı yeni təklif: Vəzifə sahibi olmaq istəyənlər...
Bizi izləyin

Dünya

Rusiyada homoseksuallığa qarşı yeni təklif: Vəzifə sahibi olmaq istəyənlər...

Rusiya Dumasının deputatı Aleksandr Hinsteyn vəzifəyə təyin olunmazdan əvvəl yüksək rütbəli dövlət qulluqçularının cinsi üstünlüklərinin yoxlanılmasını tələb edib.

Publika.az xəbər verir ki, bununla bağlı o, Rusiya mətbuatına açıqlamalar verib.

Deputat əlavə edib ki, uşaq, yeniyetmə və gənclərin təhsilinə, inkişafına cavabdeh olan dövlət müəssisələrində homoseksual idarəçilərin işləməsinə icazə verilməməlidir:

“Həmçinin yüksək səviyyəli menecerlərin, xüsusən də dövlət siyasətinə cavabdeh olan şəxslərin cinsi üstünlükləri araşdırılmalıdır. İnsanların ənənəvi dəyərləri qorunmalıdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm