Hesabat
Çörək bahalaşacaqmı? - Yanacağın qiyməti niyə dəyişdi?
Daha bir gərgin iş həftəsini yola saldıq. Dünyanı deyə bilmərəm, ölkə iqtisadiyyatından hər kəs çörəyin, Aİ 95 markalı benzinin qiymətinin qalxacağı ilə bağlı xəbərlərin ajiotajını yaşadı. Ölkədə Avro-4 ekoloji normalarının tətbiqinə keçildi, Neft Fondu Cənubi Koreyanın paytaxtı Seul şəhərində yarım milyard dollar əmlak aldı. “Dünya İqtisadi Forumunun” Dünya ticarətinə cəlb edilmə 2014” (The Global Enabling Trade Report 2014) adlı hesabatında Azərbaycanın iri addımlarla cəmi 4 pillə irəlilədiyi bəlli oldu .
Qlobal iqtisadiyyata gəlincə, Ruisya Ukraynaya mavi qazın satışı ilə bağlı endirimi ləğv etdi, ölkədən çıxarılan milyardlarla dollar sərmayə ümumi daxili məhsulun azalmasına gətirib çıxardı, Avropa Mərkəzi bankı yenə də faiz dərəcəsini dəyişdirmədi, McDonald's restoranlar şəbəkəsi Krımda biznes fəaliyyətinə son verdi.
Başlayaq Rusiyadan.
Rus iqtisadiyyatının ilin ikinci rübündə texniki durğunluğa daxil olduğu riski açıqlandı. Ölkənin emal sənayesi 2010-cu ildən sonra ilk dəfə aşağı düşüb. Satınalma indeksi də fevral ayında geriləyib. Krımın Rusiyaya tabe edilməsindən sonra Qərb tərəfindən sanksiyalarla üzləşən Rusiyada milli pul vahidi də böyük dəyər itkisi yaşayır. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristine Lagarde Ukrayna böhranının Rusiya üçün mənfi nəticələri olduğunu bəyan edib:"Sizin də söylədiyiniz kimi Ukraynadakı vəziyyətin bəzi nəticələri olub. Böyük miqdarda sərmayə Rusiyadan çıxaraq, dünyanın digər bölgələrinə qoyulub”.
Rusiyadan ilin ilk rübündə çıxarılan pulun həcmi 70 milyard dollar təşkil edib. Ölkənin iqtisadiyyat naziri Alexei Ulyukayevin sözlərinə görə, sərmayə çıxışı 100 milyard dollar qədər yüksələcək: “Bu il üçün proqnozlaşdırılan 1,3 faizlik iqtisadi artım 0,6 faizə düşəcək. Rusiyadan çıxan hər 40 milyard dollar milli gəlirdə yüzdə 1faizlik içilməyə gətirib çıxarıb”.
Bu arada Dünya Bankı Rus iqtisadiyyatının bu il 1,8 faiz nisbətində kiçiləcəyini bildirib.
Avropa Mərkəz Bankı maraqla gözlənilən aylıq yığıncağının ardından faiz nisbətlərini dəyişdirməməklə bağlı qərar verdi. Avro bölgəsində son dörd ilin ən aşağı sürətinə geriləyən inflyasiyaya baxmayaraq Avropa Mərkəz Bankı pul siyasətində dəyişiklik etmədi. Mərkəz Bankın faiz nisbəti bundan sonra da 0,25 faiz olacaq.
Qeyd edək ki, avro bölgəsində illik inflyasiya nisbəti fevral ayında 0,2 faiz azalaraq mart ayında 0,5 faizə düşüb. AMB rəhbəri 1faizin altındakı inflyasiya nisbətinin təhlükəli olduğunu bildirmişdi.
Dünyanın ən böyük üçüncü iqtisadiyyatı sayılan Yaponiya ictimai borcu azaltmaq üçün 17 il sonra ilk dəfə istehlak vergisini artırdı. Belə ki, ölkədə istehlak vergisi 5 faizdən 8faizə yüksəldilib. Yaşlanan əhalinin ictimai xərcləmələri səbəbiylə artan ictimai borcunu azaltmaq məqsədilə istehlak vergisi qarşıdakı il yenə də yüksəldiləcək. Konkret istehlak vergisinin 2015-ci ilin oktyabr ayında 10 faiz olacağı bildirilib.
Dünyada yaşlı əhalisinin gənc əhaliyə nisbətinin ən yüksək olduğu Yaponiyada, doğum nisbəti də çox aşağıdır. Bu da ölkənin iqtisadi artımı ilə bağlı narahatlıq yaradır.
Başıbəlalı Ukraynadan da xəbər var. Kırımı zəbt edən ruslar bu az deyilmiş kimi satdıqları qazın qiymətini də qaldırıblar. Belə ki, “Qazprom”un rəhbəri Aleksey Miller bəyan edib ki, Ukraynaya qaz bundan sonra endirimsiz satılacaq. Faktiki aprelin 1-dən Ukraynaya verilən qazın 1000 kub metrinin qiyməti 385,5 dollar səviyyəsində müəyyən edilib. Bu, 43,5 faiz artım deməkdir: “Bu artıq həll olunmuş məsələdir. Ukrayna 2013-cü ildə və bu ilin əvvəlindən Rusiayadan aldığı qaza görə borcunu hələ də ödəməyib. Rusiyadan aldıqları qaz həcmlərinə görə borcları 1,7 milyard dollar təşkil edir”.
Xatırladaq ki, 2013-cü il dekabrın 17-də Rusiya və Ukrayna arasında bağlanmış qaz kontraktına uyğun olaraq, Ukrayna bu ilin əvvəlindən Rusiyadan qazın 1000 kub metrini 268,5 dollara alırdı. Buna qədər isə Ukraynaya verilən Rusiya qazının qiyməti 400 dollar təşkil edirdi.
İş dünyası
Amerikanın məşhur fast-food zənciri "McDonald's Krımda restoranları bağlayır. Ümumiyyətlə xarici şirkətlər referendumdan sonra Rusiyaya tabe edilən Krımı tərk etməyə başlayıblar. "Deutche Postun ardından "McDonald's fəaliyyətinə son verib. Amerikalı şirkət yarımadada xidmət edən işçilərini Ukraynada işlə təmin etməyə hazır olduğunu bildirib.
Bəzi krımlılar isə alınan qərardan məmnun olduqlarını söyləyiblər: "Buradakı McDonald's_lar bağlandı. Sağlam qidanı və bəslənməyi əhəmiyyət verən məntiqli insanların bundan xoşbəxt olduğunu düşünürük."
Qərarın ardından rus siyasətçiləri " McDonald's-ın Rusiyada da fəaliyyətinin dayandırılmasını tələb ediblər. Hansı ki bu qadağanın "McDonald's-a böyük zərər vuracağı irəli sürülür.
Tur şirkətləri isə Krımın sahil şəhərlərini dayanacaq siyahılarından çıxarmağa başlayıblar. Bu vəziyyətin turizmə mənfi təsir edəcəyin deyilir.
İngiltərədə iqamətgah qiymətləri mart ayında son iki ilin ən böyük enişini yaşayıb. Ölkədəki iqamətgah qiymətləri bir ay əvvəllə müqayisədə 1,1 faiz nisbətində ucuzlaşıb. Aşağı iqamətgah faizləri və hökumət tənzimləmələri iqamətgah bazarı İngiltərə iqtisadiyyatındakı tez yaxşılaşmanın ana mühərriki olaraq görülür.
“General Motors” hidravlik sükanda meydana gələn ani güc itkisi səbəbiylə 1,5 milyon avtomobili geri çağırır.
13 adamın ölümünə səbəb olduğu düşünülən qəza səbəbiylə geri çağırılan avtomobillərdən 1,3 milyonunun Amerika Birləşmiş Dövlətləri ərazisində olduğu deyilir.
“General Motors” il başından bəri geri çağırılan vasitə sayının 6,26 milyona çatdığını bəyan edib. Təmir xərcləmələrinin 750 milyon dollar təşkil edəcəyi deyilir.
Gəldik çatdıq bol-bəhrəli ölkəmizə. Girişdə qeyd etdiyim kimi, həftə ərzində xalqımıza çörəyin qiymətinin qalması ilə bağlı yalan xəbərlərin ajiotajını yaşadı. Düzdür, dövlət qurumları artımı təkzib etdi. Əslində bu gözlənilən idi. Çünki ilin ortasına az qalmış çörəyin qiymətində açıq deyil, gizli inflyasiyadan söhbət gedə bilər.
Aİ-95 markalı benzinin qiymətinin qalxacağı isə realdır. Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli, 90 saylı Qərarı ilə qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına dəyişiklik edib.Dəyişikliyə görə, ölkəyə gətirilən ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin qiymətini bazar müəyyən edəcək. Yəni, onların qiymətini martın 27-dən sonra Tarif Şurası tənzimlənməyəcək. Necə ki, Aİ 98 markalı benzinin timsalında bunu görürük.
Həftənin daha bir önəmli hadisəsi ölkədə Avro-4 standartına keçilməsi oldu. Azərbaycan ərazisində Avro-4 ekoloji normalarının tətbiqindən sonra ən azı 2004-cü ildən əvvəl istehsal olunan avtomobillərin idxalına qadağa qoyulacaq. Bu, ABŞ avtomobillərinə aiddir. Digər ölkələrin istehsalı olan avtomobillər üçün müəyyənləşdirilən hədd isə belədir: Avropa İttifaqı ölkələri (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya və digərləri) – 2005; Koreya – 2006; Türkiyə 2009; Çin və Yaponiya – 2011-ci il. Qeyd etmək yerinə düşər ki, ötən il ölkəyə idxal olunmuş 100 minədək avtomobilin yarıdan çoxunu işlənmiş avtomobillər təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin aprelin 1-nə 14 715,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə nisbətən 2 383,1 mln. dollar və ya 19,3% çoxdur.Cari ilin əvvəlindən artım 563,7 mln. dollar və ya 4% olub.
Dövlət Neft Fondu isə Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın aldığını açıqlayib. Fonddan deyilənə görə, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən Miraye Vəsaitlərin İdarə edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata keçirilib. Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır.
Ölkəmizlə bağlı daha bir xoş xəbər zərbaycan Dünya İqtisadi Forumunun (WEF) “Dünya ticarətinə cəlb edilmə 2014” (The Global Enabling Trade Report 2014) adlı hesabatında Azərbaycanın cəmi 4 pillə irəliləməsidir. Belə ki, şanlə ölkəmiz 138 ölkə arasında 77 pillədə yerləşib.Hansı ki 2012-ci ildə hazırlanmış sonuncu hesabatda ölkəmiz 81-ci mövqedə qərarlaşmışdı.
Qeyd edək ki, WEF-in dərc etdiyi sənəd 138 ölkəni əhatə edib və “Daxili bazara çıxış”, “Sərhəddə inzibati idarəetmə”, “İşgüzar mühit” və “Nəqliyyat və kommunal infrastruktur” kimi dörd göstərici əsasında tərtib olunub. Daxili bazara çıxış göstəricisi üzrə Azərbaycan 2014-cü ildə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü, ölkə işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olub.
Sənəddə həmçinin Azərbaycanda ticarətin sadələşdirilməsi üzrə tədbirlər və digər sahələrdə əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, ölkədə "Gömrük şəffaflığı indeksi" göstəricisi üzrə 39-cu, “Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi" üzrə 19-cu, “Xarici iştiraka açıqlıq” komponentləri üzrə 34-cü, “Əcnəbi işçi qüvvəsini işəgötürmə sadəliyi” üzrə 30-cu, “Cinayətkarlıqla bağlı məsrəflər” üzrə 45-ci, “Hava nəqliyyatı infrastrukturunun keyfiyyəti” üzrə 46-cı, “Dəmiryol infrastrukturunun keyfiyyəti” üzrə 35-ci, “Nəqletmə növünün dəyişməsinin səmərəliliyi” üzrə 43-cü, “Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə” üzrə 46-cı, həmçinin “Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə” komponentləri üzrə 50-ci yeri tutub.
Hesabata Sinqapur başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Honq Konq və Niderland qərarlaşıb.
Leyla Əliyeva
-
İKT23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
İdman22:36
“Qarabağ” “Bodo Qlimt” matçında ikinci qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
-
Nida Xəbər 18:50
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir? - DOSYE
-
Sosial17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
-
Rəsmi xronika17:12
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO