İdman
SENSASİYA - Azərbaycanlı idmançının qələbəsi dünyaya səs saldı - VİDEO
Honq Konqda muay-tay üzrə “Top King World Series” adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub.
Publika.az xəbər verir ki, ilk yarımfinal görüşündə azərbaycanlı döyüşçü, "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü hesab edilən Buakav Bençameklə üz-üzə gəlib. İlk raund zamanı Xəyalın güclü zərbəsinin qarşısını ala bilməyən Buakav başından ciddi zədə alıb.
Bununla belə, döyüş dayandırılmayıb. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib. Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Caniyevin qələbə qazandığını təsdiqləyib.
"Best of the Best" promoşnun üzvünün qələbəsi dünyada böyük sensasiya kimi qəbul edilib. Tailand mətbuatı Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.
21 yaşlı Xəyal Caniyev Azərbaycanın “Best of The Best” promoşn qrupunun üzvüdü. Ötən il Buakav Bençamek Bakıda keçirilən “K-1 World Max”da iştirak edib və inamlı qələbə qazanıb.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO