Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iştirakçıları məlum oldu
Bizi izləyin

İdman

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iştirakçıları məlum oldu

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.

"Atletiko" Madriddə "Milan"ı qəbul edib. Səfər matçında 1:0 hesablı qələbə qazanan İspaniya təmsilçisi "Visente Kalderon"da də rəqibinə heç bir şans verməyib. Hesabı 3-cü dəqiqədə Dieqo Kosta açıb. 24 dəqiqə sonra "Real"dan ayrıldıqdan sonra futbol matçı üçün ilk dəfə Madridə gələn Kaka bərabərliyi təmin edib. 40-cı dəqiqədə Arda Turan gözəl qolla yenidən "Atletiko"nu hesabda önə keçirib. 71-ci dəqiqədə Raul Qarsiya fərqi artırıb. Əsas vaxtın sonuna 5 dəqiqə qalmış isə Dieqo Kosta dublunu rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib.

Digər oyunda isə "Bavariya" "Arsenal"ı qəbul edib. Londonda 2:0 hesablı qələbəyə sevinən Almaniya klubu Münhendəki "Allianz Arena"da qələbə qazana bilmsə də, mərhələ adlayıb - 1:1. Hesabı 55-ci dəqiqədə Bastian Şvaynştayger açıb. Cəmi 2 dəqiqə sonra onun Almaniya yığmasındakı komnada yoldaşı Lukas Podolski həmyerlilərini məyus edən qola imza atıb. Matçın son dəqiqələrində Tomas Müller penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, iki oyun bu gün keçiriləcək. PSJ "Bayer"i, "Barselona" "Mançester Siti"ni qəbul edəcək. Daha 4 qarşılaşma isə gələn həftə baş tutacaq: "Çelsi" - "Qalatasaray", "Real" - "Şalke 04", "Borussiya" (Dortmund) - "Zenit", "Mançester Yunayted" - "Olimpiakos".

Çempionlar Liqası

1/8 final

Cavab oyunları

11 mart

Atletiko (İspaniya) - Milan (İtaliya) 4:1

Qollar: Dieqo Kosta, 3; 85. Arda Turan, 40. Raul Qarsiya, 71 - Kaka, 27.

Atletiko: Tibaut Kourtois, Dieqo Qodin, Filipe Luis, Xuanfran, Miranda, Mario Suares, Koke (Dieqo, 81), Raul Qarsiya (Jose Sosa, 72), Arda Turan (Kristian Rodriges, 78), Qabi Fernandes, Dieqo Kosta.

Ehtiyat oyunçular: Daniel Aranzubia, Tobi Alderveyreld, Emiliano İnsua, David Vilya.

Baş məşqçi: Dieqo Simeone.

Milan: Kristian Abbiati, İqnazio Abate, Adil Rami, Daniele Bonera, Mixael Essyen (Giampaolo Pazzini, 69), Andrea Poli, Urbi Emanuelson, Nigel de Yonq (Sulley Muntari, 78), Kaka, Adel Taarabt (Robinyo, 46), Mario Balotelli.

Ehtiyat oyunçular: Marko Ameliay, Mattia De Skiqlio, Filippe Mekses, Kristian Zakkardo.

Baş məşqçi: Klarense Zeedorf.

Sarı vərəqələr: Raul Qarsiya, 5 - Adil Rami, 7. Mario Balotelli, 45. Daniele Bonera, 70. Robinyo, 74.

Baş hakim: Mark Klattenburq (İngiltərə).

Madrid. "Visente Kalderon" stadionu.

Bavariya (Almaniya) - Arsenal (İngiltərə) 1:1

Qollar: Bastian Şvaynştayger, 55 - Lukas Podolski, 57.

Bavariya: Manuel Neuer, Dante, Filip Lam, Tyaqo Alkantara, Frank Riberi (Tomas Müller, 85), Aryen Robben, Mario Götze (Toni Kroos, 59, David Alaba, Bastian Şvaynştayger, Mario Mandzukiç.

Ehtiyat oyunçular: Tom Starke, Daniel Van Buyten, Rafinya, Jerome Boatenq, Klaudio Pizarro.

Baş məşqçi: Pep Qvardiola.

Arsenal: Lukaş Fabianski, Bakari Saqna, Per Mertesaker, Loran Kosçielni, Tomas Vermaelen, Mikel Arteta (Serje Qnabri, 77), Məsut Özil (Tomas Rosiçki, 46), Aleks Okslade-Çamberlain (Matyu Flamini, 84), Santiaqo Kazorla, Lukas Podolski, Olivier Qiroud.

Ehtiyat oyunçular: Emiliano Viviano, Karl Yenkinson, İsaak Hayden.

Baş məşqçi: Arsen Venger.

Sarı vərəqələr: Dante, 8. Xavyer Martines, 79 - Lukas Podolski, 26. Mikel Arteta, 29. Tomas Vermaelen, 83.

Baş hakim: Svein Oddvar Moen (Norveç).

Münhen. "Allianz Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm