Malta - Azərbaycan matçının hakimləri məlum oldu
Bizi izləyin

İdman

Malta - Azərbaycan matçının hakimləri məlum oldu

Malta və Azərbaycanın futbol üzrə milli komandaları arasında sentyabrın 6-da keçiriləcək AÇ-2016-nın seçmə qrup matçına bütün təyinatlar açıqlanıb.

Publika.az xəbər verir ki, oyun Avstriyadan olan hakimlərə həvalə olunub.

Qarşılaşmanın baş hakimi Harald Nexler olacaq. Ona Maksimilian Kolbitş, Andreas Staudinger (yan xətt), Aleksander Harkam, Yuliyan Vaynberger (əlavə köməkçi hakimlər) yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andreas Haydenrayx yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektor finlandiyalı Juni Hüütya olacaq. Hakimlər arasında əlaqələndirici isə maltalı referi Kann Trustin Farruqyadır.

Qeyd edək ki, Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxı ilə saat 21:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm