Samir Abasovun "Barselona" macərası davam edir: Görün kiminlə görüşdü
Bizi izləyin

İdman

Samir Abasovun "Barselona" macərası davam edir: Görün kiminlə görüşdü

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir.

Publika.az xəbər verir ki, proqram çərçivəsində Kataloniya klubunun akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

Samir Abasov səfər çərçivəsində, həmçinin "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də bir araya gələrək fikir mübadiləsi aparıb.

46 yaşlı mütəxəssis ötən gün əsas komandanın məşqini izləyib. Eyni zamanda "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm