İdman
Naci Şensoy: “Qəbələ”nin sürpriz edəcəyini gözləyirdim, amma...”
İndi bütün azərbaycanlı futbolsevərlər gözünü “Qarabağ” və “Qəbələ”yə dikib. Belə ki, təmsilçilərimizin Avroliqanın qrup mərhələsindəki çıxışı səbirsizliklə gözlənilir. Onlar da qrup mərhələsindəki oyunlarla azarkeşlərinə sevinc bəxş etməyə davam etmək istəyir.
Bir zamanlar ölkəmizdə “Turan” klubunu çalışdırmış, tanınmış türkiyəli futbol mütəxəssisi Naci Şensoy da “Qəbələ” və “Qarabağ”ın uğurlarına biganə qalmır, zaman-zaman sosial şəbəkələrdə komandamıza təbrik mesajları yazır. Naci bəy həmişə Azərbaycan futboluyla maraqlanıb. Bu üzdən onunla söhbətləşmək qərarına gəldik. Ürəyinin dolu olduğunu hiss etmişdik.
Publika.az-a müsahibə verən N.Şensoy Ağdam klubunun təcrübəsinin daha da artdığını deyib. “Qəbələ”dən isə bu sürprizi gözləyirmiş.
- İlk olaraq “Qarabağ”ın avrokuboklardakı çıxışından danışaq...
- "Qarabağ" artıq ikinci dəfədir Avroliqada qrupa düşür. Bu o deməkdir ki, komandanın təcrübəsi daha da artır. Pley-off matçlarında gözəl, gözəçarpan futboldan çox ağıllı, şüurlu və nəticə verə biləcək futbol oynamaq daha məntiqlidir. Çünki bu cür matçlarda edilən ən kiçik bir səhvin kompensasiyası yoxdur.
- Ağdam klubu belə oyunla hara qədər davam edə bilər?
- Qrup matçlarında xal sistemi olduğu üçün "Qarabağ" həm öz oyununu gözəlləşdirəcək, həm də nəticə qazanmağa can atacaq.
- Bəs “Qəbələ”? Sizi təəccübləndirdimi?
- Açığı deyim ki, "Qəbələ"nin sürpriz edə biləcəyini gözləyirdim. Amma belə rəqibə qarşı deyil. Azərbaycan təmsilçisinin Yunanıstanın ən böyük iki klubundan biri sayılan "Panatinaikos"u kuboklardan kənarlaşdırmasını mükəmməl adlandırardım.
- Roman Qriqorçuk və komandası sizcə qrupda da sürpriz edə biləcəkmi?
- Çox sevdiyim bir ingilis deyimi var: “They are able because they believe they are able”(onlar bacarırlar, çünki bacara biləcəklərinə inanırlar). Deməli, hər şeydən əvvəl inam lazımdır.
- Yəni?
- "Qəbələ" də emosiyalarını boğub, öz gücünə inanarsa, qrup oyunlarında gözəl nəticələr verə bilərlər. İnanmaq bacarmağın yarısıdır və zəfər həmişə inananların yanındadır.
Aygün İlqarqızı
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi