"Siti" tarixi rekorda doğru addımlayır
Bizi izləyin

İdman

"Siti" tarixi rekorda doğru addımlayır

İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış matçda "Mançester Siti" "Brayton"u darmadağın edib - 4:0.

Publika.az xəbər verir ki, bu nəticə sayəsində "şəhərlilər" bütün turnirlərdəki məğlubiyyətsizlik seriyasını 30 matça çatdırıb. "Siti" İngiltərə futbolu tarixində belə bir seriyaya nail olan üçüncü klubdur.

Rekord sahibi "Nottinqem Forestdir". "Meşəbəyilər" 1978-ci ildə ardıcıl 40 məğlubiyyətsiz matç keçirib. "Mançester Yunayted" iki dəfə məğlubiyyətsiz 30+ oyun seriyası reallaşdırıb. "Qırmızı şeytanlar" 1993/94 mövsümündə 34, 1998/99 mövsümündə isə 33 matçda uduzmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm