İdman
Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi
Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib.
Bunu Trend-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
S.Məmmədova bunu Azərbaycanın qarşıdakı illərdə bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyi ilə izah edib: “Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb”.
Qeyd edək ki, bu gün 2024-cü il Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb. Namizəd şəhərlər Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb.
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO