İdman
FHN-in 10 illik yubileyinə həsr olunan voleybol turniri keçirilib
12-15 oktyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə FHN-in 10 illik yubileyi münasibətilə qurumlar arasında voleybol üzrə çempionat keçirilib.
Publika.az xəbər verir ki, çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Voleybol Federasiyasında baş tutub. Yarışda 16 komanda və 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) və Maddi-Texniki Təchizat İdarəsi arasında olub. Rəqibini məğlub edən TTNDA komandası yarışın qızıl medalına layiq görülub. İkinci yerə MTTİ, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası çıxıb.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışda iştirak etmiş komandaları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb. Daha sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalib komandaları təbrik edib və bildirib ki, voleybol üzrə çempionat 6-cı ildir ənənəvi olaraq keçirilir və növbəti illərdə davamı gözlənilir. O, qeyd edib ki, il ərzində keçirilən yarışlar nazirliyin yaradılmasının 10 illiyinə həsr olunub və ilin sonunda keçirilən yarışların yekununda qalib olmuş komanda mükafatlandırılacaq.
Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Veteran voleybolçu (TTNDA) Adil Hümbətov yarışın ən yaşlı idmançısı (65) olduğu üçün kubokla təltif olunub.
Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub. Qonaq qismində Azərbaycan Voleybol Federasiyasının hakimlər kollegiyasının sədri Oktay Musayev iştirak edib.

-
Sosial11:21
Aşura günü qanvermə aksiyası keçirilir
-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ