Cüdoçumuz “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb
Bizi izləyin

İdman

Cüdoçumuz “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb

Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə Azərbaycanın beş cüdoçusu tatami üzərinə çıxsa da, onlardan yalnız Rüstəm Orucov (73 kq) medal qazana bilib. Çüdoçumuz ukraynalı Sergey Drebotaya, türkiyəli Hasan Vanlıoğluna, Almaniya idmançısı İqor Vandtkeyə və çinli Şua Suna qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuz yaponiyalı Hiroyika Akimotoya məğlub olub və gümüş medalla kifayətlənib.

Bu yarışda qazanılan uğurlar idmançıların 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün reytinq göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa kömək edir. Bu turnirdə qızıl medal alan idmançı 500, ikinci yerin sahibi 300, bürünc mükafatçıların hərəsi 200 xal qazanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm