“Qəbələ” və “Qarabağ” növbəti sınaq qarşısında
Bizi izləyin

İdman

“Qəbələ” və “Qarabağ” növbəti sınaq qarşısında

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçiləri "Qəbələ" və "Qarabağ" növbəti oyunlarına çıxacaq.

"Qəbələ" Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək qarşılaşma meydan sahibləri üçün daha çox əhəmiyyət kəsb edir. Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qəbələ" doğma azarkeşlər önündə 3 xal qazanacağı təqdirdə qrupdakı mövqeyini bir az da yaxşılaşdıracaq və qrupun digər oyununun nəticəsində asılı olmayaraq, ikinci pilləyə yüksələcək. Lakin Roman Qriqorçukun komandasında çatışmazlıqlar var. Milli komandanın düşərgəsində zədə alan Ermin Zets bu görüşdə oynamayacaq və digər zədəli Rafael Santosun meydana çıxıb-çıxmayacağı isə məlum deyil. Almaniya təmsilçisi isə erməni əsilli Henrix Mxitaryanı Bakıya gətirməyib.

Qrupun digər oyununda "Krasnodar" (Rusiya) və PAOK (Yunanıstan) komandaları qarşılaşacaq.

"Qarabağ" isə səfərdə Fransa "Monako"sunun qonağı olacaq. Qurban Qurbanov bu görüşdə komandanın aparıcı üzvü Reynaldonun xidmətindən yararlana bilməyəcək. Əvəzində isə uzun müddətdir zədədən əziyyət çəkən Çumbinyo meydana çıxa bilər. Lakin braziliyalı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı hələ dəqiqləşməyib. Bakıda Belçika "Anderlext"ini minimal hesabla (1:0) məğlub edən ağdamlılar səfərdə də 3 xal qazanarsa, ən azından 2-ci pillədəki mövqeyini möhkəmləndirəcək.

Avropa Liqası. Qrup mərhələsi, 3-cü tur

22 oktyabr

C qrupu

20:00 Qəbələ – Borussiya D (Almaniya)

Baş hakim: İvan Bebek (Xorvatiya)

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Grgiç (Xorvatiya)

Əlavə köməkçi hakimlər: Marijo Strahonja, Goran Gabrilo (Xorvatiya)

Dördüncü hakim: Goran Pataki (Xorvatiya)

UEFA nümayəndəsi: Philippe Prudhon (Fransa)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

Bakı. "Bakcell Arena"

Borussiya – 4, Krasnodar – 3, PAOK – 2, Qəbələ - 1.

J qrupu

22:00 Monako (Fransa) - Qarabağ

Baş hakim: Yakob Kehlet (Danimarka)

Baş hakimin köməkçiləri: Henrik Larsen, Hayne Sorensen (Danimarka)

Əlavə köməkçi hakimlər: Mihael Tikqaard, Jens Maye (Danimarka)

Dördüncü hakim: Lars Hummelqaard (Danimarka)

UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)

Hakim-inspektor: Gilfi Tor Orrason (İslandiya)

Monako. “II Lui” stadionu.

Tottenhem – 4, Qarabağ – 3, Monako – 2, Anderlext - 1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm