"Monako"nun hücumçusu: “Bizə əlavə motivasiya lazım deyil”
Bizi izləyin

İdman

"Monako"nun hücumçusu: “Bizə əlavə motivasiya lazım deyil”

Fransanın “Monako” klubunun hücumçusu Lasina Traore Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, o, rəqibə hörmətlə yanaşdıqlarını, heç də asan mübarizənin olmayacağını deyib:

"Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, asan oyun olmayacaq. Amma biz üç xal qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Bizim üçün əsas qələbə qazanmaqdır. Bizə bu oyun üçün əlavə motivasiyaya da ehtiyac yoxdur. Zədəli idim. İndi isə özümü yaxşı hiss edirəm. Oyunun başlamasını gözləyirəm ki, nəyə qadir olduğumu göstərim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm